VASW - 10 İllik Yubiley Tədbiri | Marburg an der Lahn

VASW - 10 İllik Yubiley Tədbiri

Was wird geboten?

Əziz Həmvətənlilər, Hörmətli Dostlar!

Sizi ATEIB-in (VASW) 10 İllik Yubiley tədbirinə dəvət edirik. Ənənəvi illik görüşümüz bu dəfə iyunun 2-dən 5-dək Almaniyanın ən gözəl şəhərlərindən biri olan Marburgda baş tutacaq. Görüşdə təşkilatın illik hesabatı ilə yanaşı, bu dəfə 10 illik yubileylə əlaqədar maraqlı çıxışlar, video-çarxlar da təqdim olunacaq. Bundan başqa, canlı musiqi dinləmək, rəqs etmək imkanı olacaq, dadlı təamlar, şirniyyatlar və Yubiley tortu da həmçinin.
Əgər gözəl şəhərdə, maraqlı insanlarla birgə əyləncəli asudə vaxt keçirib mədəni istirahətdən zövq almaq istəyirsinizsə, buyurun gəlin. Hər birinizi ATEIB-in (VASW) Yubiley Tədbirində görməyə çox şad olarıq.

Tədbirdə iştirak üçün ödəniş:
- ATEIB üzvlərinin 2 günlük xərci təşkilat tərəfindən ödənilməklə 3-cü gün üçün 30 avro,
- Üzv olmayan qonaqlarımız üçün isə 100 avrodur.

Hesab nömrəsi:
Bank: Deutsche Bank
IBAN: DE74 8707 0024 0221 2033 00
SWIFT (BIC): DEUTDEDBCHE
Hesab sahibi: VASW e.V.
Köçürmə məqsədi: Jahrestreffen2017

Bu məbləği əvvəlcədən ödəməklə tədbirdə iştirakınızı təsdiq etmiş olarsınız.

Hörmətlə,
İdarə heyəti

Wann?

16:00 Uhr, Freitag, 02. Juni 2017

Wo?

Marburg an der Lahn, Germany
Marburg an der Lahn

Event weiterempfehlen:

Veranstalter:

VASW e. V., Marburg an der Lahn

Weitere Veranstaltungen in Marburg an der Lahn